14 C
Baku
Thursday, March 28, 2024

Sentyabrda Azərbaycanı rekord sayda qonaq ziyarət edib [infoqrafik]

Bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 48 min nəfər və yaxud 20,8% çoxdur.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, son 1 ildə ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında qeydə alınıb. İran üzrə artım 2 dəfə (33 min nəfər gəlib), Mərkəzi Asiya ölkələri üzrə artım isə 88% olub.

Gələn əcnəbilərin 6,7 min nəfəri və yaxud 13%-dən çoxu Gürcüstanın, 5,3 min nəfəri və yaxud 8%-dən çoxu Rusiyanın payına düşüb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 3,3 dəfə artım deməkdir.

Cənubi Asiya ölkələri arasında Hindistandan (83,7% və yaxud 3 min nəfər), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96,1% və yaxud 3,8 min nəfər) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.

2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 2,4 milyona çatıb.

Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1,26 milyon nəfər və yaxud 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94,5 min nəfər və yaxud 21,7% olub. 

72873433 548014112438273 2505644428262113280 n72631459 548014129104938 8670453129877127168 n

Son xəbərlər
Digər xəbərlər