Azərbaycanda son bir ayda manatda olan depozitlərin orta faiz dərəcəsi 0.19 faiz bəndi düşüb, xarici valyutada isə 0.13 faiz bəndi artıb.
Bu barədə Banker.az Aəzrbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, manatda olan depozitlərin orta faiz dərəcəsi 8.46%, xarici valyutada isə 1.74% təşkil edir.
Azalma həm hüquqi şəxslərin, həm də fiziki şəxslərin depozitlərində müşahidə edilib. 1 oktyabr 2020-ci il tarixinə hüquqi şəxslərin manatda depozitlərinin orta faiz dərəcəsi 5.57% (-0.48% bənd) və xarici valyutada isə 1.11% olmuşdur (+18% bənd). Hesabat dövründə fiziki şəxslərin manatda depozitlərinin orta faiz dərəcəsi 8.95 (-0.01% bəndi) və xarici valyutada isə 2.10% (+0.02% bəndi) olmuşdur.
YENİ CƏLB OLUNANLARDA ENİŞ
Yeni cəlb olunan depozitlərin orta faiz dərəcəsində də enişlər müşahidə edilib. Belə ki, milli valyutada cəlb olunmuş depozitlərin faiz dərəcəsi son bir ayda 1.20% bəndi azalmaqla 7.41%-ə, xarici valyutada olan depozitlərin isə faiz dərəcəsi 0.78% bəndi azalmaqla 0.84%-ə qədər enmişdir.