12 C
Baku
Wednesday, December 11, 2024

Sentyabrdan 1-ci dozanı qəbul edənlər mall və restoranlardan istifadə edə biləcəklərmi?

BANKER.AZ/ Bildiyiniz kimi Azərbaycanda 1 sentyabr 2021-ci il tarixindən ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Bununla bağlı Nazirlər Kabinetinin 26 iyul tarixli qərarında deyilib.

O zaman sual ortaya çıxır ki, əgər bir şəxsə birinci doza peyvəndi vurulubsa o bu xidmət sahələrindən istifadə edə biləcəkmi?

Nazirlər Kabineti yanında Operativ Qərərgahdan bildirirlir ki, COVID-19 pasportu olduğu halda bu xidmət sahələrindən istifadə mümkündür. COVID-19 pasportu birinci dozanı deyil, ikincini də qəbul etmiş şəxsə verilir. Yəni, birinci doza qəbul edənlər bu ticarət və xidmət şəbəkələrinə yalnız ikinci dozanı əldə etdikdən sonra girişinə icazə verilir.

NK-nin qərarına əsasən, idman zalları iyunun 10-dən başlayıb. Həmin tarixdən yalnız 18 yaşdan yuxarı vətəndaşlar həmin gündən etibarən COVID-19 pasportunu göstərməklə zallara daxil olub məşq edə bilirlər.

Son xəbərlər
Digər xəbərlər