6 C
Baku
Sunday, December 15, 2024

“SEPAH” Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

Bu bəyanatı İranın “Gənc Jurnalistlər Klubu” agentliyi yayıb.

Bəyanatda deyilir: “Dünən gecə sionist sui-qəsdlərinin strateji mərkəzi “SEPAH” tərəfindən güclü raket atəşinə məruz qalıb”.

Qeyd edək ki, bu gün gecə İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəsi İran ərazisindən həyata keçirilib. Bunu İraq və Amerika rəsmiləri də təsdiqləyiblər. Onlar İraq Kürdüstanının paytaxtının hansı yerdən atəşə tutulduğu barədə ətraflı məlumat verməyiblər. İraqlı mənbənin sözlərinə görə, atəşin hədəfi ABŞ-ın Ərbildəki Baş konsulluğu olub, lakin tikilməkdə olan ABŞ diplomatik missiyasının binası ərazisində partlayan raketlərin heç biri ciddi ziyan vurmayıb. Atəş zamanı həmçinin zərərçəkən olmayıb.

“Kürdistan-24” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat verib ki, əraziyə ümumilikdə 12 ballistik raket buraxılıb. Telekanalın ofisinin yerləşdiyi binaya ziyan dəyib, ölən və xəsarət alan olmayıb. Eyni zamanda “Rudaw” telekanalı əraziyə 14 raketin atıldığını bildirib.

Son xəbərlər
Digər xəbərlər