17 C
Baku
Sunday, May 5, 2024

Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək – Baş nazir müavini

Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək.

Bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç deyib.

Onun sözlərinə görə, Rusiya Serbiyaya ildə 2,2 milyard kubmetr qaz tədarük edir, amma ölkədə illik qaz istehlakı təxminən 3 milyard kubmetr təşkil edir.

“Qalan fərq qismən Macarıstandakı qaz anbarından təmin olunacaq. Gələn il biz həm də təxminən 40 faiz qazı Niş-Dimitrovqrad qaz xətti ilə ala biləcəyik. Biz gözləyirik ki, bu, ilk növbədə Azərbaycan qazı olacaq. Artıq qaz xəttinin tikintisinin başa çatacağı dövr üçün tədarük həcmlərinin rezervləşdirilməsi üçün danışıqlar aparılır”, – deyə o bildirib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər