-3 C
Baku
Sunday, December 15, 2024

Serbiya ilə Kosovo arasındakı sərhəd-keçid məntəqəsi yenidən açılıb

Kosovo Serbiya ilə ən böyük sərhəd-keçid məntəqəsini yenidən açıb.

Kosovo serblərinin ölkənin şimalında yollarda qurduğu barrikadaları sökməyə başlaması fonunda Belqrad-Priştina gərginliyi azalıb. Belə ki, Kosovo polisi sərhədin Serbiya tərəfindəki barrikadaların götürülməsindən sonra quru nəqliyyatında və ölkənin Avropa ilə əlaqəsində mühüm yeri olan Merdare sərhəd-keçid məntəqəsinin yenidən fəaliyyətə başladığını açıqlayıb.

Bu, Belqrad və Priştina arasında gərginliyin azaldılmasında mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı da tərəfləri gərginliyi azaltmağa çağırıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər