2 C
Baku
Saturday, December 14, 2024

Serbiya Prezidenti: “Ümid edirəm ki, möcüzə baş verəcək və biz kompromisə nail olacağıq”

“Ümid edirəm ki, möcüzə baş verəcək və biz kompromisə nail olacağıq”.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç ötən gün Brüsseldə Kosovonun Baş naziri Albin Kurti ilə keçirdiyi görüşdən sonra deyib.

Vuçiç Brüsseldə çətin gün keçirdiyini, lakin sülh və sabitlik üçün mübarizəni davam etdirəcəyini bildirib:

“Çətin günü geridə qoyduq. Xalqımız və ölkəmiz üçün çox çətin bir gün oldu. Başqa bir şərh vermək istəmirəm, amma ümid edirəm ki, möcüzə baş verəcək və biz kompromisə nail olacağıq”.

Xatırladaq ki, ötən gün Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü ilə Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçirilib. Altı saatdan çox davam edən görüş nəticəsiz başa çatıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər