13 C
Baku
Friday, November 22, 2024

Serbiya Ukraynadan olan qaçqınlara dəstək üçün 3 milyon avro göndərəcək

Serbiya hökuməti Ukraynadan olan uşaqlar və qaçqınlar üçün ümumi məbləği 3 milyon avro olan maddi humanitar yardım göndərəcək.

Bu barədə Serbiya hökumətinin saytı məlumat yayıb.

Bildirilir ki, ukraynalı uşaqlara kömək üçün 1,5 milyon avro ayrılacaq, vəsait UNICEF vasitəsilə ödəniləcək.

Qaçqınlar üçün nəzərdə tutulan eyni məbləğ isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının idarəsi vasitəsilə köçürüləcək.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Ukraynaya müharibə zamanı dağıdılmış şəhərlərin bərpasına kömək etməyə hazır olduğunu bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər