5 C
Baku
Friday, March 29, 2024

Serjan Abdıkarimov: “Zəngəzur dəhlizi iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır”

“Zəngəzur dəhlizi iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

Banker.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib.

“Azərbaycanın 44 günlük müharibədə qələbəsi onun suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq etdi. Postmünaqişə dövründə meydana gələn yeni imkanlar regional mərkəz kimi Azərbaycanın rolunu gücləndirir”, – səfir deyib.

O, Azərbaycan-Qazaxıstan əməkdaşlığının yeni mərhələsinin dayanıqlı və daha uğurlu olacağına ümidvar olduğunu bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər