13 C
Baku
Friday, May 10, 2024

Sertifikasiya bu müəllimlərə şamil edilməyəcək

Sertifikasiya rus bölməsində çalışan azərbaycan dili müəllimlərinə şamil edilməyəcək.

Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda danışarkən deyib.

O bildirib ki, sertifikasiya sadəcə Azərbaycan bölməsində çalışan azərbaycan dili və ədəbiyyat müəllimlərinə şamil ediləcək.

“Builki sertifikasiyada 20 mindən çox ibtidai sinif müəllimi, 10 mindən çox da azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edəcək”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər