İspaniyanın “Sevilya” klubu koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən məşqçilər heyəti və futbolçuların maaşlarını 70 faiz azaldıb.
Qərar klubun İdarə Heyətinin üzvlərinə də şamil olunub.
O da bildirilib ki, işçilərin bir hissəsi məzuniyyətə göndəriləcək, bəzi əməkdaşların isə iş saatları azaldılacaq.
Qeyd edək ki, İspaniya çempionatı qeyri-müəyyən tarixədək təxirə salınıb. Daha əvvəl “Barselona” və “Atletiko” da futbolçuların məvacibini azaldıb.
©Report