10 C
Baku
Wednesday, December 11, 2024

Sfinksin tapmacaları

Uzun illər boyu Misir piramidalarının biri haqqında əfsanələr yaranmışdı: bu piramidaya daxil olmaq üçün ilk əvvəl onun verdiyi tapmacaya cavab vermək lazım idi.

Tapmacaya doğru cavab verməyənləri isə Sfinks hissələrə ayırırdı.

Günlərin bir günü müdrik bir səyahətçi piramidaya daxil olmaq qərarına gəlir. Girişdə onu nəhəng bir bədheybət qarşıladı.

— Sualıma cavab verməsən buradan keçə bilməzsən! – deyə Sfinks bağırdı.

— Bəs olar mən bir sual verim? Niyə hamıya tapmacalar verirsən? – deyə səyahətçi ondan soruşdu.

Sfinks dedi:

— Burda çox tənhayam və bezirəm. Bura gələnləri də qorxutmasan heç kim səninlə danışmaq istəmir. Buna görə də suallar verirəm — deyə bədheybət ah çəkdi.

Belə olduqda adam soruşdu:

— Bəs sualın cavabın doğru tapanlar? Onlar piramidanın xəzinəsini əldə edirlər?

Sfinks dedi:

-Xəzinə? İçəridə yalnızca kərpiclər və qurumuş mumiyalar var. Əsl xəzinə insanın ağlıdır və sirli tapmacanı tapmaqla insanlar onu əldə edirlər. Xəzinə əldə etməyə tənbəllik edənlər isə həyatın xəzinəsindən də məhrum olurlar.

Son xəbərlər
Digər xəbərlər