-3 C
Baku
Sunday, December 15, 2024

“Shell” Avropanın ən böyük təbii qaz istehsalçısını 2 mlrd. dollara alır

Neft və qaz konserni “Shell” bərpa olunan təbii qaz şirkəti olan “Nature Energy”ni 2 milyard dollara almaq üçün Danimarka tərəfdaşları ilə razılığa gəlib. Bu barədə “Shell”in yaydığı bəyanatda deyilir.

“Bu alış ABŞ-dakı bioqaz layihələrimiz üçün Avropa platforması yaradacaq”, – mesajda deyilir.

Müqavilə həmçinin qrupa mövcud müştəri bazasını genişləndirməyə və enerji keçidini sürətləndirməyə imkan verəcək. “Biz aşağı karbonlu yanacaqların istehsalını və tədarükünü artıra biləcəyik”, – şirkətin mətbuat xidməti bildirir.

“Nature Energy” – Avropada bərpa olunan təbii qazın ən böyük istehsalçısıdır. Danimarka şirkəti hazırda 14 bioqaz qurğusunu idarə edir. Avropa və Şimali Amerikada ildə təxminən 9.2 milyon barel hasilatı təmin edəcək daha 30-a yaxın zavodun tikilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər