19 C
Baku
Thursday, May 2, 2024

“Shell” kütləvi ixtisarlara baxşlayır

Britaniyanın “Shell” şirkəti kütləvi ixtisarlar elan edib. “Bloomberg” xəbər verir ki, ölkənin ən böyük neft və qaz şirkəti birləşmə və satınalmalar üzrə işçilərinin 20 faizini ixtisar edəcək.

Şirkət xərcləri azaltmaq və iki-üç milyard dollarlıq qənaət məqsədlərinə nail olmaq məqsədilə biznes bölmələrini yenidən strukturlaşdırmağa davam edir.

2023-cü ilin yanvarında təyin edilmiş “Shell”in baş icraçı direktoru Vael Sava investorlar üçün səmərəliliyin və gəlirlərin yaxşılaşdırılmasında “amansız” olacağına söz verib.

2022-ci ildə “Shell”in işçi qüvvəsi 83 min nəfərdən 93 min nəfərə qədər artıb. Şirkət bu günlərin birində 2023-cü il üçün illik hesabatını dərc etməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər