20 C
Baku
Thursday, May 2, 2024

“Shell” Qırmızı dəniz vasitəsilə bütün daşımaları dayandırıb

Britaniyanın “Shell” neft-qaz şirkəti Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar qəbul edib, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

“WSJ”nin məlumatına görə, daşımaların dayandırılması qərarını “Shell” rəhbərliyi yəmənli husilərin gəmiyə növbəti hücumunun bölgədə böyük neft sızıntısına səbəb ola biləcəyindən ehtiyat edərək qəbul edib.

Dekabr ayında Hindistanın reaktiv yanacağını daşıyan “Shell” tankeri pilotsuz təyyarənin hücumuna məruz qalıb. “Shell” bu hücum və tranzitin dayandırılması qərarı ilə bağlı şərh verməkdən imtina edib. Hücuma məruz qalan gəmilər arasında mayeləşdirilmiş qaz və neft daşıyan tankerlər də olub.

Yanvarın 15-də mayeləşdirilmiş təbii qaz ixracatçısı “QatarEnergy” Qırmızı dəniz vasitəsilə tankerlərin Avropaya göndərilməsini dayandırıb. Dünən, yanvarın 16-da “Bloomberg” gəmi izləmə sisteminin məlumatlarına istinadən xəbər verib ki, üç Qətər və iki Rusiya qaz tankeri ilkin marşrutdan çıxıb və Süveyş kanalı vasitəsilə Qırmızı dənizə daxil olmaqdan imtina edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər