“Shell” Rusiyadakı yanacaqdoldurma məntəqələrinin və Torjkadakı sürtkü yağları zavodunun fəaliyyətini tezliklə dayandıracaq.
Bu barədə “Shell Oil” MMC-nin baş direktoru Sergey Starodubsev şirkətin saytında dərc olunan açıqlamasında bildirib.
Starodubsev təsdiqləyib ki, Britaniya-Hollandiya neft-qaz konserni olan “Shell” Rusiya neft-qaz bazarındakı bütün layihələrdən çıxmaq planlarına uyğun olaraq, “Shell” yanacaqdoldurma məntəqələri şəbəkəsinə və Torjkada sürtkü yağları zavoduna sahib olan “Shell Oil” MMC-nin satışı ilə bağlı danışıqlar aparır.
Baş direktorun sözlərinə görə, işlərin dayandırılması “Shell Oil”in satışını təmin etmək məqsədilə həyata keçiriləcək.
“Shell” üçün əsas prioritet işçilərin və istehsal proseslərinin təhlükəsizliyi, iş yerlərinin qorunması və Rusiya qanunvericiliyi tələblərinə əməl edilməsi olaraq qalır” – deyə Starodubsev əlavə edib.