“Royal Dutch Shell Plc”in ilin ikinci rübündə qazancı 72 faiz azalıb.
Şirkətin gəlirinin azalmasına səbəb neftin qiymətinin aşağı olmasıdır. Yeri gəlmişkən, əvvəlcədən azalma gözlənsə də, rəqəmlər proqnozlardan da aşağı olub.
Avropanın ən böyük neft şirkəti hesab edilən “Royal Dutch Shell Plc” bir il əvvəlin eyni dövründə 3.8 milyard dollar qazanc əldə etmişdi.
“Bloomberg”in sorğusuna cavab verən 12 analitikin proqnozunda şirkətin 2.16 milyard dollar qazanc əldə edəcəyi göstərilirdi.
Publika.az