12 C
Baku
Wednesday, December 11, 2024

“Shell”in Rusiyadakı xalis xərcləri 80 mln. dolları ötür

Böyük Britaniya və Hollandiyanın neft-qaz şirkəti “Shell” 2022-ci ilin ikinci rübünə dair hesabat dərc edib. Hesabata əsasən, şirkət Rusiyadakı yanacaqdoldurma məntəqələrinin və zavodun satışından 83 milyon dollar zərər edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Shell” bildirib ki, 2022-ci ilin sonuna kimi o, kiçik müstəqil istehsalçılarla bağlanmış iki müqavilə istisna olmaqla, üçüncü şəxslərdən Rusiyadan uzunmüddətli neft alışını tamamilə dayandıracaq. Şirkət həmçinin “Saxalin-2”  layihəsindən çıxmaq üçün razılaşma üzərində işləyir.

Neft qiymətlərinin kəskin artması fonunda şirkətin 2022-ci ilin ikinci rübündə mənfəəti 3.4 milyard dollardan 18 milyard dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər