Çin Xalq Respublikasının Sədri Si Cinpin payızda ABŞ-yə dövlət səfəri edəcək.
Bu barədə Çinin xarici işlər naziri Van İ bildirib. Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutacaq.
Qeyd edək ki, Prezident Donald Tramp Çinə dövlət səfəri zamanı ÇXR Lideri Si Cinpinlə görüşdə onu ölkəsinə səfərə dəvət edib.







