13 C
Baku
Monday, May 6, 2024

Si Cinpin Baydenə Çinlə Tayvanı birləşdirmək niyyətində olduğunu bildirib

Çin Sədri Si Cinpin San-Fransiskoda keçirilən sammitdə ABŞ Prezidenti Co Baydenə Çinlə Tayvanı birləşdirmək niyyətində olduğunu bildirib.

Bu barədə NBC televiziyası məlumat yayıb.

Si Cinpin bu planların həyata keçirilməsi ilə bağlı dəqiq vaxt deməyib.

Çin Sədri bunun güc yolu ilə deyil, sülhlə həyata keçiriləcəyini açıqlayıb.

O, həmçinin Baydenə ABŞ-ın Tayvanın 2024-cü ilin yanvarına planlaşdırılan prezident seçkilərinə təsir etdiyini diqqətə çatdırıb.

Tayvan Çini 13 yanvarda keçiriləcək prezident və parlament seçkilərinə müdaxilə edərək adanın dinc yolla ələ keçirilməsinə hazırlaşmaqda günahlandırmışdı.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər