22 C
Baku
Sunday, April 28, 2024

Si Cinpin Bill Qeytsi 2023-cü ildə Pekində görüşdüyü “ilk amerikalı dost” adlandırıb

Çin dostluğun davam etməsini istəyən Amerika xalqına ümidvardır, Pekin-Vaşinqton münasibətlərinin əsasında insanlar dayanır.

ÇXR sədri Si Cinpin bu fikri Microsoft kompaniyasının qurucusu Bill Qeytslə görüşündə söyləyib.

“Siz bu il Pekində qarşıladığım ilk amerikalı dostumuzsunuz. Çinlə ABŞ arasında münasibətlərin əsasını insanlar təşkil edir. Ümidimizi amerikalılara bağlamışıq və iki xalq arasında dostluğun davam edəcəyinə ümid bəsləyirik”, – deyə Çin lideri vurğulayıb.

Si Cinpin, həmçinin bütün dünyada yoxsulluğun azaldılması, səhiyyə, tərəqqi, ictimai rifah və xeyriyyəçiliklə bağlı səylərinə görə Bill Qeytsə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Çin ilk növbədə öz problemlərinin həllinə diqqət yetirir və 1.4 milyard insanın yaşadığı ölkədə uzunmüddətli sabitliyin, davamlı inkişafın qorunması bütün dünyada sülhün, sabitliyin və rifahın təmin olunmasına mühüm töhfədir.

“Biz yoxsulluqla mübarizədə nailiyyətlərimizi möhkəmlətməli, kənd rayonlarının dirçəlməsinə nail olmalı və kəndlərdə səhiyyənin səviyyəsini daima yüksəltməliyik”, – deyə ÇXR sədri əlavə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər