16 C
Baku
Monday, April 29, 2024

Si Cinpin Putini nüvə silahından istifadə etməkdən çəkinməyə çağırıb

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyanın dövlət başçısı Vladimir Putini Ukraynada nüvə silahından istifadə etməkdən çəkinməyə çağırıb.

Bunu Çin və Qərb rəsmilərinə istinadən “Financial Times” nəşri yazıb.

Bildirilib ki, Çin lideri 2023-cü ilin martında Moskvaya səfəri zamanı Rusiya Prezidenti ilə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edib. Qəzet mənbələrinə istinadən yazır ki, ÇXR liderinin Rusiyaya səfəri onun Ukrayna münaqişəsi ilə bağlı narahatlığını göstərdi.

Qeyd edilib ki, Pekinin nüvə silahı ilə bağlı mövqeyi Çinin Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması planına daxil edilib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər