9 C
Baku
Friday, December 13, 2024

SİF “Para BOKT”la bağlı məhkəməyə müracət edib

Sahibkarlığın İnkişafı Fondu (əvvəlki adı: Sahibkarlığa Kömək Milli Fondu) Azərbaycanın kredit təşkilatı ilə kommersiya məsələsinə görə məhkəmədə görüşüblər.

Banker.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi 22 oktyabr tarixində verilən qətnaməyə görə, kredit müqaviləsi üzrə mübahisələrində SİF-in “Para BOKT” ASC-yə qarşısındakı tələbi qismən təmin edilib.

Kommersiya Məhkəməsinin bu qətnaməsindən razı qalmayan bank varisi Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, qərardan razı qalmadığını bildirib.

Məsələyə apelliyasiyada baxılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatsı (ləğv edilib) 21 iyulda qərar çıxararaq “kapital çatışmamazlığı” əsas gətirilərək “Para Bank” ASC-nin lisenziyasını ləğv etmişdi. Həmin zamanda bank sahibləri maliyyə bazarında bank olmayan kredit təşkilatı kimi qalmağı qərar veriblər, bu da Palata tərəfindən müsbət qarşılanmışdı.

Son xəbərlər
Digər xəbərlər