“Bəzən olur ki, sahibkar kredit alır və 3-5 ay sonra VÖEN-ni bağlamaq istəyir ki, hesabat verməsin. Bu zaman vəsaitin geri qaytarılması istiqamətində işlər aparılır”.
Bunu turizm sektorundan olan sahibkarlarla görüşdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov deyib.
“Layihələr uğursuz olanda da vəsait geri qaytarılır. Bəzi hallarda sahibkarlar məlumatları təqdim edir, amma yerində dürüstləşmə aparıldıqda görünür ki, məlumatlar həqiqəti əks etdirmir. SİF-in əsas istəyi odur ki, sahibkarlıq inkişaf etsin. Amma təəssüf ki, layihə uğursuz olanda vəsaiti geri qaytarmağa məcbur olurdu”, – o qeyd edib.