Sıfır tullantılı LNG tədarük ediləcək

“Royal Dutch Shell” neft-qaz şirkətinin törəmə şirkəti olan “Shell Eastern Trading” treydinq şirkəti “PetroChina International” (PCI) şirkətinə sıfır CO2 tullantısına malik mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü haqqında 5 illik müqavilə imzalayıb.

“Prime” agentliyinə xəbər verir ki, bu barədə “Shell” şirkətinin məlumatında deyilir.

Bildirilir ki, bu, müvafiq tədarük haqqında ilk dünyada müddətli müqavilədir.

“Shell” şirkəti bu müqavilə haqqında məlumatı PCI şirkəti Çinin Dalyan limanında sıfır CO2 tullantısına malik mayeləşdirilmiş təbii qazın ilk tədarükünü təhvil aldıqdan sonra paylaşıb.

“Shell” şirkəti yazır ki, iqtisadi artım və kömürdən qaza keçid siyasəti Çinin LNG idxalı üzrə dünyanın ikinci ən böyük idxalçıya çevrilməsinə səbəb olub. 2020-ci ildə Çinin LNG idxalı 67 milyon tona çatıb və 2040-cı ilədək bu göstəricinin 2 qat artacağı gözlənilir.

Qeyd edək ki, “Royal Dutch Shell” şirkəti 70-dən çox ölkədə karbohidrogen hasilatı və emalı ilə məşğul olur. “PetroChina” Çinin Milli Neft-qaz Korporasiyasının (CNPC) törəmə şirkətidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.