Bu yaxınlarda Facebookun mobil messenceri WhatsApp-ı alması ilə dünyada milyarderlərin sayı artdı, təsisçi və CEO Yan Kum da daxil olmaq şərti ilə. Onun ailəsi 20 il bundan əvvəl Ukraniyanı tərk edərək ABŞ-a miqrasiya etmişdi. Amerikada onlar ərzaq talonları ilə yaşamalı olurdular.
Lakin bugünkü gündə Yan Kumun sərvəti $6,8 milyard məbləğində dəyərləndirilir. Biz bu məqalədə sizə sıfırdan başlamış milyarderlərin siyahısını təqdim edəcəyik.
1. Yan Kum, WhatsApp-ın təsisçisi, CEO-u. Facebook onu milyarder etməmişdən öncə yoxsulluq içərisində yaşayırdı
Sərvəti: $6,8 milyard (Forbesin məlumatlarına görə)
Yan Kum Ukraniyadan ABŞ-a 16 yaşında ikən köçmüşdü. Onun ailəsi səfalət içində yaşayırdı, Kaliforniyadan yığdıqları ərzaq talonları ilə yaşayırdılar. 2009-cu ildə o və Brayan Ekton bütün dünyadan olan insanları yaxın etmək məqsədilə smartfonlar üçün mesencerləri işə saldılar. Bu messencerlər çox məşhurlaşır və hər kəs tərəfdən sevilir.
Bu yaxınlarda istifdəçilərinin sayı 450 milyondan çox olan WhatsApp-ı Facebook $19 milyarda alır. Forbesin məlumatına görə, şirkətdə Kumanın payı $6,8 milyard qiymətləndirilir.
2. Kenni Trutt, Excell Communications-in banisi. Təhsil haqqını ödəmək üçün o, öz sığortasını satmışdı
Sərvəti: $1,7 milyard (2013-ci ilin sentyabrına)
Kenni Trutt barmne ailəsində böyümüşdü. Trurr İllinous Universitteində təhsil haqqını ödəmək üçün öz həyat sığortasını satmışdı. Sərvətinin böyük bir hissəsini o, telekommunikasiya şirkəti Excel Communications sahəsində qazanmışdı. Bu şirkətin əsasını Kenni Trutt 1988-ci ildə qoymuşdu. On ildən sonra Trutt ö şirkətini Teleglobe şirkətinə $3,5 milyarda satmışdı.
Hal- hazırda Kenni Trutt iş dünyasından uzaqlaşıb və daha çox yarış atlarına investisiya yatırır. Kentukkidə o, WinStar tövləsini saxlayır.
3. Hovard Şults, Starbucks şirkətinin təsisçisi. Yoxsullar üçün mikrorayonda böyüyüb
Sərvəti: $2 milyard (2013-ci ilin sentyabrına)
Britaniya jurnalına Mirrora müsahibəsində Şults demişdi ki: “Mən uşaqlıqda hiss edirdim ki, küçənin o biri tərəfində yaşayıram. Mən bilirdim ki, küçənin o biri tərəfində yaşayan insanların daha çox resursları, pulları və daha xoşbəxt ailələri var. Və hər hansısa səbəbdən mən küçənin o biri tərəfinə keçib daha çox şeyə nail olmaq istəyirdim. Bugünkü gündə mənim yaxşı həyatım, imkanlarım var, lakin mən haradan gəldiyimi unutmuram”.
Şults Miçiqan Universitetini bitirdikdən sonra Xerox şirkətinə işə düzəlir. Bir zamandan sonra o, Starbucks şirkətində işləməyə başlayır. Həmin vaxtda Starbucks mağazalar şəbəkəsinin 60 mağazası var idi. Bugünkü gündə Starbucks dünyanın ən böyük qəhvə şirkətidir.
4. Gələcək investor Ken Lanqonun valideynləri su təsisatçısı və yeməkxana işçisi olmuşdular
Sərvəti: $2,1 milyard (2013-ci ilin sentyabrına)
Baknell universitetində təhsil haqqını ödəmək üçün Ken Lanqon dərsdən əlavə işləyirdi və onun valideynləri öz evlərini girov qoymuşdular. 1968-ci ilə Lanqon Electronic Data Systems şirkətində çalışırdı. Bu şirkəti amerikalı biznesmen Ross Perro təsis etmişdi. İki ildən sonra Lanqon və onun həmkarı Bernar Markus Home Depot- u işə salırlar.
5. Səfalətdə anadan olan Opri Uinfri Neşvilldə ilk afro- amerikan müxbir qadın olmuşdu
Sərvəti: $2,9 milyard (2013-ci ilin sentyabrına)
Unifri kiçik şəhər Missisipidə kasıb ailəsində anadan olmuşdu. Zəhmətkeşliyinin sayəsində Opri Tennesi ştatının universitetində təhsil almağa başlayır. Artıq 19 ildən sonra isə o, ştatda ilk afro- amerikan qadın müxbir olmuşdu. 1983-ci ildə Opri Çikaqoya köçür, burada televiziyada səhər verlişi aparmağa başlayır. Bu şounun adı daha sonra «Opri Unfrinin şousu» deyə adlandırılmışdı.
6. Bir zamanlar biznesmen Şahid Xan saatı 1,2 dollara qab yuyurdu
Sərvəti: $3,8 milyard (2013-ci ilin sentyabrına)
Bugünkü gündə Şahid Xan dünyanın ən varlı insanlarından biridir, lakin Xan Pakistandan ABŞ-a köçür. Orada qab yuyan işləyidi və İllinoys Universitetini ziyarət edirdi. Hal- hazırda onun Flex-N-Gate şirkəti Amerikanın ən böyük özəl şirkətlərindən biridir. Xana həmçinin amerikanın Milli futbol liqasında oynayan Jacksonville Jaguars komandası və Fulham klubu da məxsusdur.
7. Con Pol Decoriya bir zamanlar övladlığa götürüldüyü ailəsi ilə, daha sonrasa öz avtomobilində yaşayırdı
Sərvəti: $4 milyard (2013-ci ilin sentyabrına)
Decoriya 10 yaşına qədər ailəsinə kömək etmək üçün milad açıqçaları və qəzetlər satırdı. Daha sonra o, övladlığa götürülür. Əsgərliyə getməmişdən öncə o, küçə bandasına daxil idi.
$700 kredit götürərək Decoriya John Paul Mitchell Systems şirkətini yaradır. Gecələr o, şəxsi avtomobilində yatırdı, gündüzlər isə qapıdan qapıya gəzərək şampun satırdı. Daha sonra Decoriya Patron Tequila şirkətinin əsasını qoyur. Hazırda o, digər bazarlara investisiya yatırmaqla məşğuldur.
8. Forever şirkətinin təsisçisi Du Von Çanq ilk dəfə Amerikaya köçəndə yanacaq doldurma mərkəzində və kafedə çalışırdı
Sərvəti: $5 milyad (2013-ci ilin sentyabrına)
Du Von Çanq və onun həyat yoldaşı Cin Sukun bəxtləri hər zaman gətirib. Du Vonq 1981-ci ildə Cənubi Koreyadan köçəndən sonra eyni anda üç iş yerində işləməyə məcbur idi. Onlar 1984-cü ildə öz ilk mağazalarını açırlar. Bugünkü gündə Forever şəbəkəsinin 480 mağazası var. Bu beynəlxalq imperiyanın satışları ildə 3 milyard dollar təşkil edir.
9. Ralf Loren Brooks Brothers mağazasında satıcı işləyirdi
Sərvəti: $7,7 milyard (2013-ci ilin sentyabrına)
Ralf Loren Nyu- Yorkda, Bronksda məktəbi bitirmiş, lakin daha sonra isə hərbiyə getmək üçün kolleci atır. Loren geyim mağazası Brooks Brothers-də satıcı işləyərkən kişilərin daha rəngarən qalstuklara hazır olub -olmadıqları haqqında maraqlanmağa başlayır. Həmin dövrdə o, öz arzusunu həyata keçirməyə başlayır. 1967-ci ildə Loren öz qalstuklarını satmağa başlayır və ildə $500 000 mənfəət əldə edir. Daha sonra isə Loren “Polo Fashion” brendini yaradır.