25 C
Baku
Saturday, April 20, 2024

Sığorta agenti: kommunikativ və aktiv insanların peşəsi

Əgər siz internet axtarış saytlarında «sığorta agenti» kəlməsini yazıb, axtarışa versəniz, onda çoxlu vakansiya tapa bilərsiniz. Onlardan hər hansı birinə rezume (CV) göndərsəniz, onda çox güman ki, müsahibəyə dəvət alacaqsınız.

Məsələ ondadır ki, əmək bazarında həqiqi sığorta mütəxəssislərinə sözün əsl mənasında ehtiyac var. Və ali savad, ünsiyyətlilik, məsuliyyət və zəngin təxəyyül (yaradıcılıq) qabiliyyəti kimi keyfiyyətlərə sahib olmaqla sizin sığorta sektorunda iş qazanmaq şanslarınız olduqca yaxşıdır, amma bu o demək deyil ki, sığorta, sizin üçün asan qazanc vasitəsi olacaq.

Sığorta agenti kimdir? O, sığorta şirkəti ilə sığorta məhsullarının potensial alıcıları arasındakı bir vasitəçidir. Agentin vəzifəsi –alıcı tapmaq və onu sığorta müqaviləsini imzalamağa inandırmaqdır.

Əgər nəzərə alsaq ki, bu xidmət sahəsi ilə bağlı sovet dönəmində mövcud olan ənənələr artıq çoxdan itirilib, yeni bazar isə hələ təzə-təzə formalaşır, alıcıları tapmaq elə asan məsələ deyil. Amma mümkündür. Namizədi əməkdaş qismində öz komandasına cəlb etmiş şirkət onun aşağıdakıları bilməsini və təlim kimi keçməsini təmin edir:

-Sığorta fəaliyyətinin əsasları ilə bağlı qanunvericilik;

-sığorta müqavilələrin tərtib olunması və tələb olunan vacib sənədlər siyahısı;

-satış texnologiyaları;

-potensial alıcılar ilə iş prosesinin psixoloji aspektləri;

Adətən qeyd edilən sahə ilə bağlı təlim pulsuz olur. Mütəxəssis çatışmazlığı sığorta şirkətlərini uğurlu start naminə əməkdaşlar üçün ən əlverişli şəraiti təmin etməyə motivasiya edir. Eyni zamanda, belə şirkətdə sizi maraqlandıraq saxlamaq üçün bonuslar, müqavilələrdən yüksək faizlər və karyera perspektivləri  və s vədlər verəcəklər.

Sığorta agentinin işinin maraqlı tərəfləri nədir?

● bir qayda olaraq, bu profil üzrə mütəxəssislər ştatda kənar işçilər olur. Bu o, deməkdir ki, siz iş rejiminizi müstəqil şəkildə seçirsiniz. Əgər sizin artıq daimi iş yeriniz varsa, siz onu sığorta sahəsindəki, bu iş ilə bir arada idarə edə bilərsiniz. Sanballı müəssisələr əlbəttə ki, sizə müqavilə əsasında işləməyi təklif edəcək və bu o deməkdir ki, sizin aylıq sosial təminat və təqaüd fonduna  edilməli olan yığımlar ilə bağlı probleminiz olmayacaq, həmçinin siz iş yerindən arayış da ala biləcəksiniz. Amma sizə tamamı ilə havayı çörəyə işləməyi təklif edirlərsə, məncə, bu təşkilatın nə qədər ciddi bir müəssisə olub-olmadığını yoxlamağa dəyər.

● Sığorta agenti işi- satış menecmenti sahəsində səriştə əldə etmək üçün yaxşı bir fürsətdir. Əgər bazarın bu seqmentində sizə uğur qazanmaq müyəssər olsa, satışlar ilə bağlı digər tapşırıqların öhdəsindən siz qat-qat daha asan gələcəksiniz.

● Sığorta agenti kimi işləyərkən siz hər gün, özünüzün vergi qoyuluşu, maliyyə və qanunvericilik ilə bağlı biliklərinizi yeniləməli və təkmilləşdirməlisiniz. Agent daima zamanın nəbzini tutmağı bacarmalıdır, bu onu dünyagörüşünü genişləndirməyə, daha nizam intizamlı olmağı və əmək vaxtının daha səmərəli təşkilini öyrənməyə sövq edir.

Çatışmazlıqlar nədədir?

Uğura nail olmaq üçün potensial müştərilərin yaratdığı etibarsızlıq həddini aşmaq lazım gələcək. Siz sığorta məhsulları və onların üstünlükləri barədə çox və həm də inandırıcı danışmalı olacaqsınız. Adətən təzə başlayan sığorta agentləri müştərilər ilə ünsiyyətə daha çox vaxt sərf edir, amma bir qayda olaraq, nəticə heç də istənilən səviyyədə olmur. Lakin bu peşəkar formalaşmanın labüd bir mərhələsidir və bundan keçmək lazımdır. Zaman keçdikcə bacarıqlı agentlər kimə və hansı növ sığorta məhsulu təqdim etmək lazım gəldiyini cəld və effektiv şəkildə müəyyən etməyi öyrənirlər. Nəticədə isə səmərəli müqavilə imzalanır.

Əməkhaqqı

Hal-hazırda əmək bazarında bu iş müqabilində təklif olunan əməkhaqqı 200-350 Azn civarında dəyişir, amma işə başlamaq üçün təcrübə tələb olunmur. Qeyd edilən məbləğ əməkhaqqının sabit hissəsini təşkil edir, əməkhaqqı həmçinin imzalanan müqavilələrə görə komisyon haqlardan da ibarət ola bilər. Belə bir variant da ola bilər ki, agent aylıq planı yerinə yetirərsə sabit maaş alır (100-300 Azn). Plandan artıq olan sövdələrə görə isə bonus qazanır.  Kompaniyalar əməkdaşın motivasiyası üçün müxtəlif rəğbətləndirmə proqramları –satış liderinin mükafatlandırılması, bonus və s istifadə edirlər.

Həmçinin sizin qazancınız işə nə qədər vaxt sərf etmək istəyinizdən  və sizin nə dərəcə də inadcıl, məqsədyönlü olmağınızdan asılı olur. Məsələn siz  5 polis satırsınızsa onda 200-500 manat civarında qazana bilərsiniz. Imzalanmış 20 müqavilə isə sizə 1000-1500 Azn qazandıra bilər Amma stabil və sanballı, sizə layiq olan gəliri əldə etmək üçün heç də az güc sərf etmiş olmayassınız.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər