12 C
Baku
Friday, March 29, 2024

Sığorta agentləri Maliyyə Nazirliyinə hesabat verəcəklər

Azərbaycanda fəaliyyət göstərən sığorta agentləri bu ildən Maliyyə Nazirliyinə hesabat verməyə başlayacaqlar.

Dövlət Sığorta Nəzarəti Xidmətindən AzərTAc-a bildirilib ki, Maliyyə Nazirliyinin “Sığorta fəaliyyəti sahəsində bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2014-cü il 27 mart tarixli qərarına əsasən sığorta agentləri nazirliyə ildə dörd dəfə hesabat verməlidirlər. Hesabat hər rübün birinci ayının ilk 20 günü ərzində təqdim olunmalıdır və agentlərin ilin əvvəlindən bəri fəaliyyətini əks etdirməlidir.

Sığorta agentləri 2014-cü ilin 9 ayının nəticələri ilə bağlı hesabatı oktyabrın 1-dən 20-dək verəcəklər.

Son xəbərlər
Digər xəbərlər