Azərbaycanda 2022-ci ilin aprel ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (149 milyon 815 min manat). İkinci yerdə isə 96 milyon 42 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Qala Sığorta” qərarlaşıb. (20 milyon 619 min manat), 4-cü yerdə “Atəşgah Həyat Sığorta” (17 milyon 845 min manat), 5-ci yerdə isə “Xalq Sığorta” (12 milyon 128 min manat).
Aprel ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (786 min manat), “Meqa Həyat Sığorta” (461 min manat) sığorta şirkətləridir.
Sığortaçının adı |
Sığorta haqları (2022-ci il aprel), min manat |
Paşa Həyat Sığorta | 149,815 |
Paşa Sığorta | 96,042 |
Qala Sığorta | 20,619 |
Atəşgah Həyat Sığorta Şirkəti | 17,845 |
Xalq Sığorta | 12,128 |
Atəşgah Sığorta Şirkəti | 9,456 |
Meqa Sığorta | 8,503 |
A-Qroup Sığorta Şirkəti | 6,246 |
Azərbaycan Sənaye Sığorta | 6,163 |
Qala Həyat Sığorta Şirkəti | 6,107 |
İpək Yolu Sığorta | 6,036 |
AzSığorta | 3,801 |
Aqrar Sığorta | 3,711 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 3,322 |
Xalq Həyat Sığorta Şirkəti | 2,359 |
Günay Sığorta | 2,035 |
AtaSığorta | 1,676 |
Bakı Sığorta | 1,661 |
Naxçıvansığorta | 786 |
Meqa Həyat Sığorta | 461 |