17 C
Baku
Wednesday, May 1, 2024

Sığorta bazarında durğunluq davam edir – durum ağırlaşıb

Yanvarda sığorta şirkətləri 104 min manat həcmində sığorta haqqı yığıb, 56 min manatlıq ödəniş həyata keçirilib.

Sığorta növlərindəki aktivliyə gəlincə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında da, daşınmaz əmlakın icbari sığortasında aktivlik müşahidə olunub. Könüllü sığortalarda isə azalma var.

Banker.az xəbər verir ki, sığorta eksperti Əli Bayramov yerli sığorta bazarında mövcud geriləməni sığorta aktı agentliklərinin sayının az olması və satış keyfiyyəti ilə əlaqələndirir.

O, bildirib ki, bunu aradan qaldırmaq üçün ayrı- ayrı məhsullarının satışını həyata keçirdəcək sığorta Agentlərinin sayını artırmaq lazımdır. Eyni zamanda mövcud sığorta agentlərinin satıcılarının keyfiyyətini qaldırmaq lazımdır.

“Əslində istək odur ki, sığortaçılarımız primitiv sığorta məhsullarının satışı ilə məşğul olmasınlar. Bu qədər əlavə könüllü əsaslı sığorta növləri var ki, tutalım deyək mövcud vəziyyətə uyğun şəkildə 2/1 sığortalarının könüllü sığortasını sata bilərlər. 2\1 təhlükə artıq böyük bizneslər üçün çox böyük təhlükəyə çevrilib”- deyə o, bildirib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər