13 C
Baku
Friday, April 19, 2024

Sığorta bazarının 2017-ci ilin yanvar-dekabr ayları üzrə göstəriciləri açıqlandı

Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 556,866,578 manat sığorta haqqı toplanıb. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 257,109,597  manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası açıqlama verib.

2017-ci il ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının  46.2  manatı sığorta hadisələrinin ödənişinə yönəldilmişdir. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48.8 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar 375 milyon 231 min manat, bu sığorta növləri üzrə ödənişlər isə 199 milyon 425 min manata yaxın məbləğ təşkil edib.

2017-ci ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67.4% könüllü, 32.6% icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 77.6% könüllü, 22.4% icbari sığorta növlərinin payına düşüb.

2017-ci ilin yanvar-dekabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

2017-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (təcili məlumatlar əsasında)+ MANATLA

Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
könüllü sığortalar üzrə – cəmi : 375,231,473.05 199,424,892.20
o cümlədən:
Həyat sığortası üzrə 177,855,771.53 126,406,920.10
o cümlədən:
həyatın ölüm halından sığortası 37,942,389.49 2,351,493.47
həyatın yaşam sığortası 137,927,658.08 124,045,576.63
annuitet sığortası 0.00 0.00
əmək qabiliyyətinin sığortası 1,868,207.33 0.00
sağalmaz xəstəliklərdən sığorta 117,516.63 9,850.00
Qeyri-həyat sığortası üzrə 197,375,701.52 73,017,972.10
o cümlədən:
Şəxsi sığorta 90,538,533.47 53,830,176.34
o cümlədən:
fərdi qəza və xəstəlik sığortası 4,272,657.13 451,793.77
tibbi sığorta 83,165,692.02 53,002,789.25
xaricə səfər edən vətəndaşların sığortası 3,100,184.32 375,593.32
Əmlak sığortası 106,837,168.05 19,187,795.76
o cümlədən:
əmlakın sığortası 87,517,481.11 16,397,809.71
o cümlədən:
əmlakın yanğından və digər risklərdən sığortası 37,813,447.92 2,214,389.85
avtonəqliyyat vasitələrinin sığortası 22,546,881.10 10,873,820.43
dəmiryol nəqliyyatı vasitələrinin sığortası 310,542.80 0.00
hava nəqliyyatı vasitələrinin sığortası 10,561,901.20 0.00
su nəqliyyat vasitələrinin sığortası 7,595,516.76 0.00
yüklərin (nəqliyyat) sığortası 3,257,520.74 76,021.07
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 1,325,679.01 1,419,365.96
kənd təsərrüfatı heyvanlarının sığortası 3,009,102.66 94,992.40
əmlakın sığortası ilə bağlı digər siniflər 1,096,888.92 1,719,220.00
o cümlədən :
işçilərin dələduzluğu sığortası 1,047,996.92 1,719,220.00
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 48,892.00 0.00
titul sığortası 0.00 0.00
mülki məsuliyyətin sığortası 19,310,327.34 2,789,986.05
o cümlədən:
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 1,211,101.04 101,075.60

 

2017-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış sığorta haqlarıvə sığorta ödənişləri haqqındaM Ə L U M A T (təcili məlumatlar əsasında)+MANATLA

Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “A-Qroup Sığorta Şirkəti” 12,689,677.02 8,098,874.04
2 “AXA MBASK” Sığorta Şirkəti 22,285,599.84 12,333,516.54
3 “AtaSığorta” 13,715,792.88 5,020,016.86
4 “Atəşgah Həyat” Sığorta Şirkəti 38,369,909.56 55,046,153.06
5 “Atəşgah” Sığorta Şirkəti 39,125,941.47 15,794,315.91
6 “AzSığorta” 25,317,135.81 9,112,596.39
7 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 40,444,876.00 12,370,915.00
8 “Azərbaycan Sənaye Sığorta” 7,227,671.04 3,360,612.24
9 “Bakı Sığorta” 1,299,250.33 283,221.09
10 “Günay Sığorta” 9,505,175.86 1,154,546.04
11 “Mega Sığorta” 16,854,267.59 3,147,533.72
12 “Paşa Həyat Sığorta” 152,757,723.26 58,004,591.98
13 “Paşa Sığorta” Şirkəti 107,569,005.23 43,439,060.83
14 “Qala Həyat” Sığorta Şirkəti 19,893,537.72 17,582,577.22
15 “Rəvan Sığorta” 690,342.51 546,891.34
16 “Standard Insurance” Sığorta Şirkəti 12,594,880.12 5,555,676.59
17 “Xalq Sığorta” 7,788,809.12 3,965,208.89
18 “Qala Sığorta” 10,911,344.31 423,725.63
19 “İPƏK YOLU SIĞORTA” ASC 17,682,489.47 1,788,886.16
20 “Amrah Sığorta” 21,548.45 72,446.16
21 “Naxçıvansığorta” 121,601.01 8,231.75
YEKUN 556,866,578.60 257,109,597.44
Son xəbərlər
Digər xəbərlər