6 C
Baku
Monday, December 16, 2024

Sığorta bazarının 62%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62%-i və ya 194,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasınından Banker.az redaksiyasına daxil olan məlumata əsasən bu, ötən ilin eyni dövrüylə müqayisədə 5,1% çoxdur. 

İcbarı sığorta növlərində yığım isə 118,8 milyon manat və ya bazarın 38%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 20,4% böyüyüb.

9 ayda ümumi ödənişin 75,3%-i və ya 87,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 15% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 28,7 milyon manat və ya ümumi bazarın 24,7%-ni təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 4,4% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 45,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 41,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,8 manatdan 24,1 manata düşüb.

Son xəbərlər
Digər xəbərlər