-1 C
Baku
Sunday, December 15, 2024

“Sığorta bazarının böyüməsi üçün islahatlara ehtiyac var”

Azərbaycanda sığorta bazarının böyüməsi üçün islahatlara ehtiyac var.

Bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) bildirib.

“Bu gün sığorta bazarımız böyüyür, lakin qlobal bazarlarda olduğu kimi müəyyən zəruri istiqamətlər üzrə islahatları bizim də davam etdirməyimizə böyük ehtiyac var. Bu zəruri tələblər sırasında ilk yeri rəqəmsallaşma və elektron innovasiyalar tutur ki, bu da əlçatan və keyfiyyətli xidmətin təmin olunmasında əvəzolunmaz vasitədir. Növbəti istiqamətimiz korporativ və yaxud ümumi sektorial güc göstəricisi olan data-dır. Reallıq ondan ibarətdir ki, məlumat bazası zəngin olan bazar iştirakçısı hər zaman bir addım öndədir. Daha sonra biz bu sırada informasiya təhlükəsizliyini vurğulaya bilərik. Biz sektor olaraq rəqəmsal mühitdə böyük həcmli informasiyalarla işləyirik. Məhz buna görə də kiberdayanıqlılığın təmin olunması bizim başlıca məqsədimizdir”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər