2 C
Baku
Saturday, December 14, 2024

Sığorta brokeri rebrendinq edib

“Elektron İcbarı Sığorta Brokeri” MMC rebrendinq edərək bazarda yeni adla çıxış edəcək.

Banker.az xəbər verir ki, şirkət bundan sonra “Butasphere” MMC kimi fəaliyətini davam etdirəcək.

Xatırladaq ki, “Elektron İcbarı Sığorta Brokeri” MMC 2019-cu ildə təsis edilib, onun 50 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi/direktoru Aynurə Miriyeva Nizami qızıdır (yaradılarkən Kamandar Ələddin oğlu Vəliyev idi) və Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, ev 4, m. 96 ünvanında qeydiyyatdadır.

Bu sığorta şirkəti Azərbaycan Mərkəzi Bankından lisenziya ala bilməmişdi. Hazırda AMB-nin 16 sığorta brokeri var.


Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər