11 C
Baku
Monday, November 25, 2024

Sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləği müəyyən edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin müəyyən edilməsi barədə qərar qəbul edib.

Qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.

Qərara əsasən, sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi aşağıdakı kimi müəyyən edilib:

– fiziki şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 200 000 manat;

– hüquqi şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 1 000 000 manat.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər