8 C
Baku
Friday, December 13, 2024

Siğorta şirkəti seçərkən dostlarınızın tövsiyyəsini də nəzərə alın

İnsanları maraqlandıran suallardan biri də əmlakın siğortası ilə bağlıdır. Əmlakın siğortası zamanı hansı qaydaları bilmək lazımdır. Qısaca nəzər yetirək:

1. Əmlakını siğorta etdirmək istəyən şəxs   tikintinin konstruktiv elementlərini və yaxud ev əşyaların siğorta edəcəyini dəqiqləşdirməlidir.

2. Siğortaçı tərəfindən təklif olunan bütün riskləri diqqətlə nəzərdən keçirmək lazımdır.

3. Siğorta məbləğini o dərəcədə müəyyən etmək lazımdır ki, siğorta hadisəsi baş verdiyi təqdirdə siğorta ödənişi sizin məruz qaldığınız itkiləri bütünlüklə kompensasiya edə bilsin.

4. Siğorta ödənişinin verilmə qaydasını öyrənin.

5. Ən əsası siğorta şirkətini seçərkən onun ölkə bazarında olan nüfuzu, iqtisadi göstəriciləri, maliyyə sabitliyi nəzərə alınmalıdır. Burda dostların təklifi də istisna deyil.

6. Nəzərə almaq lazımdır ki, daha aşağı tariflər təklif edən siğortaçılar heç də hər zaman ən sərfəli olanlar deyil. Belə ki, çox ucuz qiymətlər təklif edən siğorta şirkətləri siğorta müqaviləsində bəzi risklərə təminat vermirlər.

7. Siğorta müqaviləsini imzalamazdan öncə siğorta qaydalarını diqqətlə oxumalı və sizi maraqlandıran sualları mütəxəssislərlə aydınlaşdırmalısınız.

Son xəbərlər
Digər xəbərlər