Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinin direktoru Vüqar Babakişiyev işdən çıxıb.
Bu barədə mənbəyə “Azərsığorta”dan bildirilib.
Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.
V.Babakişiyevin “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, “Azərsığorta” 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.