9 C
Baku
Friday, December 13, 2024

Sığorta Şirkətinin Direktorlar Şurasına yeni sədr seçilib

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin (Aqrar Sığorta) Direktorlar Şurasına yeni sədr seçilir.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, Səfərov Pərviz “Aqrar Sığorta”nın Direktorlar Şurasına sədr seçiləcək. Səfərov P. hazırda “Atəşgah Sığorta” tərəfindən bu müştərək şirkətə təmsil olunur.

Buna qədər bu vəzifəni isə “PAŞA Sığorta”dan təmsil olunan Hidayətov Fərid tuturdu.

D.Ş.-da hazırda bu şəxslər təmsil olunur:

  • Hidayətov Fərid;
  • Sadıqov Fuad;
  • Nəsirli Anar;
  • Xanbabayeva Səbinə.

Direktorlar Şurası sığorta şirkətlərində ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən genişsəlahiyətli orqandır.

Xatırladaq ki,  “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə fondu 2 187.5 min manat həcmində müəyyən edilib.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin İdarə Heyəti Sədri Kərimov Azər Əvəz oğludur.

Məlumata görə, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə fondu 2 187.5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312.5 min manat nəzərdə tutulub.

Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

Son xəbərlər
Digər xəbərlər