Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 12-si bu ilin I yarısının yekunlarına dair maliyyə hesabatını açıqlamayıb.
Həmin şirkətlər “A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Azərbaycan Səneya Sığorta”, “Azsığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta”, “Qala Sığorta”, “Qala Sığorta”, “Naxçıvan Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” ASC-lər, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).
Xatırladaq ki, bunlardan “Naxçıvan Sığorta” həm də 2017-ci ilin yekunlarına dair maliyyə hesabatı verməyib.
Qalan 9 sığorta şirkəti – “AXA Mbask”, “Amrah Sığorta”, “Ata Sığorta”, “Bakı Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, “Rəvan Sığorta” və “Standard Insurance” ASC-lər isə 2018-ci ilin yanvar-iyun aylarının yekunları barədə ictimaiyyəti məlumatlandırıb. Bunlardan 4-ü yarımili mənfəətlə, 5-i isə zərərlə başa vurub.
№ | Sığorta şirkətləri | Yarımillik mənfəət (zərər) (mln. manat) |
1 | “Meqa Sığorta” | 2,530 |
2 | “İpək Yolu Sığorta” | 1,119 |
3 | “Bakı Sığorta” | 0,299 |
4 | “Günay Sığorta” | 0,276 |
5 | “Rəvan Sığorta” | (0,066) |
6 | “AXA Mbask” | (0,098) |
7 | “Amrah Sığorta” | (0,139) |
8 | “Standard Insurance” | (0,375) |
9 | “Ata Sığorta” | (2,350) |
“Report”