Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanları keçirilir.
Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq mayın 30-dan iyunun 1-dək sığortaçıların rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanı keçirilir.
Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün test imtahanı Azərbaycan Sığortaçılar Assosiasiyasında (Bakı şəhəri, Babək Plaza, Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131) ünvanında keçirilir.
Azertac