23 C
Baku
Thursday, April 25, 2024

Sığortalanan evlərin 70%-i regionlardadır

Noyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 12 min 49 müqavilə

İcbari Sığorta Bürosundan(İSB) verilən məlumata görə, bu müqavilələr üzrə 999 min 249 manat sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,71% azalma müşahidə edilib.

Sığortalanan əmlakın 78%-i evlərdir

İSB-nin məlumatına görə, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,07%-i yaşayış evləri və mənzillər təşkil edir. Sığortalanan əmlakın 0,13%-i inzibati binalar, 21,80%-i digər daşınmaz əmlakdır. Sığorta müqavilələrinin 3-də 2-si regionlar üzrə bağlanıb. İSB-nin məlumatlarına görə, icbari qaydada sığortalanmış mənzil və evlərin əksəriyəti Azərbaycanın bölgələrindədir. Bununla bağlı sığorta müqavilələrinin yalnız 29%-i Bakı şəhərinin payına düşür. Müqavilələrin sayına görə sonrakı yerləri Gəncə (4%), Şirvan (3%), İmişli (3%) və digər bölgələr tutur.

Xezerxeber.com fins.az-a istinadən bildirir ki, ilin əvvəlindən 14,7 milyon manat toplanıb. Ümumilikdə, İSB-nin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 142 343 sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr üzrə 14 mln. 745 min 842 manat sığorta haqqı toplanıb. İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

qr

 

Xəzərxəbər

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər