26 C
Baku
Wednesday, April 24, 2024

“Sığortalı Gənclik” layihəsi ilə bağlı mətbuat konfransı keçirilib

18 noyabr 2014-cü il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC (“Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi”), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək “Sığortalı Gənclik” layihəsinin açılış mərasimi olub.

Tədbirdə sözü gedən təşkilatların rəsmiləri tərəfindən layihənin təqdimatı keçirilib, mətbuat nümayəndələrinin sualları cavablandırılıb və tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər planına ənənəvi “Respublika Gənclər Debat Forumu”nun sığorta sektoruna həsr olunması, sığorta sahəsi ilə bağlı qısamüddətli və uzunmüddətli kursların keçirilməsi, sığorta şirkətlərinin rəhbər şəxslərinin və sığorta mütəxəssislərinin iştirakı ilə universitetlərdə mühazirə xarakterli toplantıların təşkil olunması, sığorta şirkətlərinin iştirakı ilə əmək yarmarkasının keçirilməsi, gənclərin sığorta sektorunda işlə təmin olunması və ya onların bu sahədə təcrübə keçməsi daxildir.

Layihə bu tədris ilinin sonunadək davam edəcək və Bakı şəhərinin bütün ali təhsil ocaqlarından olan 1000 nəfər tələbəni əhatə edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər