14 C
Baku
Monday, May 6, 2024

Sikkələri nədən hazırlayırlar?

İlkin olaraq sikkələri qızıldan və gümüşdən hazırlayırdılar. Bizim dövrümüzün sikkələri öz əcdadlarından fərqlənirlər. Bizə məlumdur ki, ilk sikkələr Lidiyada b. e. ə. VII əsrdə yaranmışdır. İlk sikkələri qızılın təbii ərintilərindən düzəldirdilər. Sikkələrin bir üzündə Assuriyanın aslanı, digər üzündə isə metalın əyarı əks olunurdu. 

Sikkələr ticarətdə ən asan alətə çevrilirlər və bütün dünyaya yayılmağa başlayırlar. Uzun zaman sikkələrin nominalları qızılın, gümüşün, bürüncün dəyərlərinə müvafiq hesab edilirdilər. Buna görə Avropada orta əsrlərdə maliyyə böhranları müşahidə olunurdu. Hökmdarlar sikkələrin hazırlanmasında daha ucuz metallardan, qatqılardan istifadə edirdilər. Dələduzlar isə asanlıqla belə sikkələrin saxta nüsxələrini yaradırdılar.

Saxta sikkələri çəkisinə görə həqiqi sikkələrdən ayırmaq olmurdu. Bunun qarşısını almaq üçün hökmdarlar sikkələri müxtəlif formalarda istehsal etməyə başlamışdılar.

B. e. ə. VI əsrdə Qədim Yunanıstanda dəmir sikkələrdən istifadə olunurdu. Bu sikkələrin çəkisi təxminən 10 qram təşkil edirdi. Çin və Yaponiyada isə sikkələr çuqundan hazırlanırdılar. Onların ortasında deşik var idi, bunun sayəsində insanlar sikkələri ipə keçirdib boyunlarından asırdılar.

Bir müddətdən sonra kağız pullar və daha sonra elektron pullar əmələ gəlirlər. Əgər bir kağız parçasının üzərində “100 avro” əks olunubsa, deməli həqiqətən də bu 100 avrodur. Sikkənin üzərində “1 avro” yazılıbsa, deməli yazılana inanmaq lazımdır. Banknotların və pulların hökumət istehsal edir və o, bütün lazımi ehtiyyat tədbirlərini görür. Bu tədbirlərin sayəsində məzənnələr və sikkələr təhlükəsiz şəkildə dövriyyə olunurlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər