13 C
Baku
Sunday, November 24, 2024

“Silicon Valley Bank” 500 mln. dollara “First Citizens Bank”a satılıb

Şimali Karolina ştatından olan Amerikanın “First Citizens Bank” holdinqi müflis olmuş “Silicon Valley Bank”ın (SVB) bütün əmanətlərini və kreditlərini 500 milyon dollara satın alır. Bu barədə ABŞ Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) məlumat yayıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Martın 10-na qədər SVB-nin ümumi aktivləri təxminən 167 milyard dollar, əmanətləri isə 119 milyard dollar dəyərində qiymətləndirilib. “First Citizens” 16.5 milyard dollar endirimlə təxminən 72 milyard dollar aktiv alacaq, 90 milyard dollar dəyərində səhmlər və digər aktivlər isə FDIC-nin idarəçiliyində qalacaq.

SVB martın 10-da müflis olduğunu elan edib. Bu bank ABŞ-ın 16-cı ən böyük bankı olub. SVB-dən sonra Nyu-Yorkda yerləşən “Signature Bank” da iflas üçün müraciət edib.

SVB və “Signature Bank”ın iflasından sonrakı həftədə digər ABŞ bankları bank bazarı ilə bağlı narahatlıqlar səbəbindən ABŞ Federal Ehtiyat Sistemindən (FED) rekord 165 milyard dollar borc götürüblər.

Son xəbərlər
Digər xəbərlər