7 C
Baku
Thursday, December 12, 2024

“Silk Vey Vest Aviaşirkəti” daha 10 mln. dollar faizli borc cəlb edir

27 dekabr 2021-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC-nin növbəti istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002023516

Faizli təmin edilməmiş sənədsiz adlı: İstiqrazların növü və forması

İstiqrazların sayı Nominal Dəyəri Ticarətə buraxlma tarixi İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
10,000

(ədəd)

1,000 USD 27.12.2021 5% 3 il Hər 3 (üç) təqvim ayından bir

 

Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər