10 C
Baku
Wednesday, December 11, 2024

“Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarına 33 investor müştəri çıxdı – Hərracın nəticələri

19 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Silk Vey Vest Aviaşirkəti” MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan AZ2001023517 dövlət qeydiyyat nömrəli, 10,000,000 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Banker.az-a bu barədə BFB-dan bildirilir.

Hərrac zamanı 33 investor tərəfindən 38 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10,655,000.00 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 ABŞ dolları təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər