“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 43 960 736 manat və yaxud 55,4% artırılıb.
Şirkətin kapitalı 79 318 525 manatdan 123 279 261 manata çatdırılıb.
Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.