6 C
Baku
Sunday, December 15, 2024

“Silk Way Holding”nın mənfəətli biznesinə yenidən yatırım edilir – Kapitalı ₼180 milyona çatdı

Azərbaycanda karqo reysləri həyata keçirən “Silk Way Holding”in törəməsi “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airline) nizamnamə kapitalı artırılmaqla 180 mln. manata çatdırılıb.

Banker.az-ıln xəbərinə görə “Silk Way West Airline”nın nizamnamə kapitalı 3 587 752 manat, yaxud 2% artırılmaqla 179 387 584 manata çatdırılıb.

Sonuncu dəfə aviaşirkətin nizamnamə kapitalı 2022-ci ilin üçüncü rübü 3 708 664 manat, yaxud 2.16% artırılmaqla 175 799 832 manata qaldırılmışdı.

Bu həmin şirkətdir ki, Azərbaycanla xarici ölkələr arasında müntəzəm olaraq yükdaşımaları həyata keçirir və 2021-ci ildə 920.23 milyon manat xalis mənfəət əldə edib. Bu xalis mənfəət, şirkəti 2021-ci ilə qədər yığılmış 31.58 mln. manatlıq zərərindən xilas etmiş, hətta səhmdarlara 680.2 mln. manatlıq dividend ödəmiş, əlavə olaraq balansda 1 yanvar 2022-ci il tarixinə 175.8 mln. manatlıq bölüşdürülməmiş mənfəət qalıb.

Şirkət 2022-ci ildən hesabatlarını açıqlayır. MMC olaraq bunu etməsində əsas səbəb onun Fond bazarında vəsait cəlbi ilə əlaqəlidir. Əsas gəlirləri xarici valyutada olan aviaşirkət 2021-ci ildən başlayaraq hər bir hərracda 10 mln. ABŞ dolları həcmində,1000 ABŞ dolları nominal dəyərində 3 il tədavül müddəti olan istiqrazlar emissiya edib.

 

Son xəbərlər
Digər xəbərlər