21 C
Baku
Monday, April 29, 2024

“Şimal axını” qaz kəmərində partlayış olub

“Şimal axını 1” və “Şimal axını 2” qaz kəməri marşrutlarında iki partlayış olub.

Bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, şəbəkənin ölçmə stansiyaları sentyabrın 26-da müxtəlif vaxtlarda iki partlayış qeydə alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Onu da qeyd edək ki, gecə saatlarından etibarən “Şimal axını” ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tammilə dayandırılıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər