6 C
Baku
Monday, December 16, 2024

“Şimal-Cənub” dəhlizinin Azərbaycan hissəsindən yükdaşımalar 3 dəfə artıb

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsindən 5 ay ərzində 317 min tona yaxın yük daşınıb.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova Sumqayıt -Yalama stansiyasına təşkil olunmuş media-tur zamanı deyib.

Onun sözlərinə görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

S. Nəzərova bildirib ki, Sumqayıt -Yalama stansiyasında yol təsərrüfatı yeniləndikdən, sürət həddi artdıqdan sonra daha çox müştəri cəlb olunacaq, bu istiqamətdə yüklər daha sürətlə nəql olunacaq.

Xatırladaq ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, “Şimal-Cənub” Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər